Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda ağır yol qəzası: ölənlər var - FOTOLAR (YENİLƏNİB)

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, “Range Rover” markalı avtomibillə “Opel” markalı avtomobil Mehdiabad-Balaxanı yolunda toqquşub. Hadisə nəticəsində “Opel”də olan iki nəfər həyatını itirib.

Qeyd edək ki, qəzanı törədən “Range Rover” markalı avtomobil Abşeron Rayon Polis İdarəsinin Yol Polis şöbəsinin Orxan adlı əməkdaşına aiddir. Bununla belə, qəzadan əvvəl avtomobilin naməlum şəxslər tərəfindən oğurlandığı bildirilir.

***
8:22

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Mehdiabad-Balaxanı yolunda qeydə alınıb. “Range Rover” markalı avtomobillə “Opel” markalı avtomobil toqquşub. Zərbənin təsirindən yoldan çıxan “Range Rover” yanmağa başlayıb. Tam deformasiyaya uğrayan “Opel”də olan iki nəfər dünyasını dəyişib.

Yanan avtomobili söndürmək üçün əraziyə FHN əməkdaşları cəlb olunub. Yanğının qarşısı alınıb. Hadisə şahidlərinin sözlərinə görə, yanan “Range Rover”in sürücüsü qəzadan sonra hadisə yerindən qaçıb. Faktla əlaqədar cinayət işi başlanılıb araşdırmalar aparılır

Loading...

www.yenicag.az

4790
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100