Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Bakıda ailə faciəsi - Bir ailənin 4 üzvü yandı, 1 yaşlı uşaq öldü

Bakıda evdə odun sobası partlayıb.

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunun yaxınlığında baş verib.

Həmin ərazidə yaşayan, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə Cəmşid qızı yaşadığı evdə odun sobasını yandırarkən sobaya çoxlu miqdarda həlledici kimyəvi məhlul töküb.

Nəticədə odun sobası partlayıb.

N.Əliyeva, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu, övladları, 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızı və 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

M.Əliyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. /Trend/

www.yenicag.az

8513