!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda avtomobil yandı - VİDEO

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu G.Ə.Şıxlınski küçəsi, 37 ünvanında avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Yenicag,az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ 2107” markalı 77-GD-429 dövlət qeydiyyat nişanlı minik avtomibilində yanğın baş verməsi müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqda park vəziyyətində olan digər avtomobillər yanğından mühafizə olunub./APA

www.yenicag.az

122
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv