!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda avtomobildə narkotik və mənşəyi məlum olmayan ət aşkarlandı

!Reklam – Yazi

Bakıda avtomobildə narkotik və 200 kq mənşəyi məlum olmayan ət aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 27-də saat 6 radələrində Ağcabədi rayon sakini S.Niyazovun idarə etdiyi “Mercedes” markalı avtomobil Qaradağ rayonu ərazisində saxlanılıb.

Avtomobilə baxış zamanı oradan 200 kiloqram çəkidə mənşəyi məlum olmayan və qida üçün yararsız ət məhsulu aşkar edilib.

S.Niyazov və sərnişini, qardaşı B.Niyazov saxlanılaraq Qaradağ Rayon Polis İdarəsinə təhvil veriliblər.

Araşdırma aparılır.

www.yenicag.az

449
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv