Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayevlə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan və Gürcüstanın ticari və iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə böyük önəm verdikləri bildirilib.

Z.Pataradze qeyd edib ki, Bakı şəhərində keçiriləcək Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyanın 8-ci iclası çərçivəsində birgə biznes forumun keçirilməsi planlaşdırılıb. Tədbirdə hər iki ölkənin iri və orta biznes təmsilçilərinin iştirakı nəzərdə tutulub.

Bildirilib ki, forum iki ölkənin işgüzar dairələri arasında həm əlaqələrin qurulmasına, həm də ölkələr arasında ticarət dövriyyəsinin gələcəkdə daha da artmasına töhfə verə bilər./Report/

COP29