Bakıda Azərbaycan-İran-Türkiyə XİN başçılarının görüşü keçiriləcək

Dekabrın 20-də Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək.

Bu barədə Yenicag.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.

COP29