!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda azyaşlı bacılara valideynləri tərəfindən İŞGƏNCƏ VERİLDİ - FOTO

!Reklam – Yazi

Bakıda azyaşlı bacılar valideynləri tərəfindən zorakılığa məruz qalıblar.

Yenicag.az xəbər verir ki, bu barədə Bizim.media-ya “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib.

Onun sözlərinə görə Xətai rayonunda yaşayan azyaşlı qızlar həm ana, həm də ataları tərəfindən şiddətə məruz qalıblar:

“Qızlar ötən gün Sosial Xidmətlər Agentliyinin əməkdaşları və polislərin iştirakı ilə sığınacağımıza yerləşdiriliblər. Biri 9, digər 5 yaşında olan normal uşaqdırlar. Zorakılığın səbəbi ilə bağlı Sosial Xidmətlər Agentliyi hazırda qiymətləndirmə aparır.

Ola bilsin ki, valideynlərin psixi durumu yerində deyil. Ailədə 6 aylıq daha bir körpə var”.

Mehriban Zeynalova qeyd edib ki, sığınacağa yeni yerləşdirilən azyaşlıların hər ikisi tibbi müayinədən keçirilib:

“Bacılarla hazırda psixoloqlar işləyirlər. Onların bir neçə tibbi müayinəsi keçiriləcək”.

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv