!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda beşmərtəbəli binanın damına bərkidilən dirək qırıldı

!Reklam – Yazi

Bakıda beşmərtəbəli binanın damına bərkidilən ötürücü dirək qırılıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının damına bərkidilən ötürücü dirəyinin qırılaraq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub.

Xilasedicilər dirəyi müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

www.yenicag.az

232
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv