!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda Beynəlxalq CEO Sammiti keçirildi - FOTOLAR / VİDEO 

!Reklam – Yazi

Bu gün ölkəmizdə ilk dəfə olaraq yerli və qlobal şirkətlərin Baş icraçı direktorları, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarların iştirakı ilə idarəetmə sahəsində dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, qabaqcıl təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən “Baku International CEO Summit” tədbiri baş tutub.

Yenicag.az xəbər verir ki, tədbirin açılışında əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirin açılış mərasimində çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, ölkəmizin dayanıqlı sosial-iqtisadi potensialını müəyyənləşdirən vacib amillərindən biri dövlət-özəl əməkdaşlığının inkişafının təmin edilməsidir. Bu isə xüsusi kapitalın daxili investisiyalarının dövlət məqsədləri üçün cəlb olunmasına imkan yaradır və dövlət büdcəsinin yükü azalır. Ölkəmizdə bu sahənin inkişafı üçün yeni addımların atılması olduqca vacibdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli isə öz növbəsində qeyd edib ki, bu gün bir neçə şirkət öz fəaliyyətində rəqəmsal həllərdən istifadə edir. Lakin ölkədə fəaliyyət göstərən şirkətlərin hər birinin rəqəmsal həllərdən istifadə etməsi arzuolunandır.

“Azersun Holdinq”in Baş icraçı direktoru Savaş Uzanın sözlərinə görə, Azərbaycan şirkətləri xaricdən gələn məhsulların fonunda zərərə uğrayırlar. Pandemiyanın onlayn alış-verişə önəmini artırdığını nəzərə alsaq, qida sektorunda onlayn alış-veriş etmək istəyən istehlakçılar üçün bu xidmətlər təbliğ edilsə, belə alış-veriş daha da inkişaf edəcək.

Daha sonra tədbirdə Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Prezidenti Nərgiz Nəsrullayeva, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə Baş direktor, “Procter & Gamble” şirkətinin Qafqaz üzrə Baş direktoru Değer Kurtaslanoğlu, Təşkilat Komitəsinin rəhbəri Emil Hüseynov, “PAŞA Holdinq” MMC-nin direktorunun birinci müavini Cəlal Qasımov, “McKinsey & Company” şirkətinin tərəfdaşı Murat Gürsoy, EKVİTA şirkətinin təsisçisi və direktoru İlqar Mehti, “Pricewaterhouse Coopers (PwC) Azerbaijan”ın İdarəedici Partnyoru Mövlan Paşayev, Coca-Cola Azərbaycanın Baş direktoru Rəna Məmmədova, “Smart Solutions Group” şirkətinin təsisçisi Kənan Tabasaranski, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov, “Boston Consulting Group”un digital transformasiya üzrə direktoru Dov Zirinsky, Dərs Evi tədris mərkəzinin Baş İcraçı direktoru və təsisçisi Pavel Belorusskiy, “Caspian Event Organisers” şirkətinin Baş direktoru Fərid Məmmədov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov çıxış ediblər.

Qeyd edək ki, “Baku International CEO Summit” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 2 Fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti illər ərzində reallaşdırılması planlaşdırılan Milli prioritetlər”dən birincisi “Dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat” prioritetinə əsaslanaraq ölkəmizdə korporativ idarəetmənin daha da gücləndirilməsi üçün “Daha yaxşı gələcək naminə” şüarı ilə həyata keçirilib.

Qeyd edək ki, Bakıda keçirilən CEO-ların Zirvə toplantısının media tərəfdaşı “Yeni Çağ” Media Qrupudur.

 

Gülşən Şərif

www.yenicag.az

584
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv