!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bakıda Beynəlxalq Uşaq Şahmat Turnirinə start verildi - FOTO

!Reklam – Yazi

Bakıda Beynəlxalq Uşaq Şahmat Turnirinə start verilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan yarışda 14 yaşadək şahmatçılar iştirak edirlər.

Yenicag.az xəbər verir ki, “Bloom Group” Marketinq Agentliyinin dəstəyi, Azərbaycan Şahmat Federasiyasının, “Gənc İstedadlar” və “Gənclik” Şahmat Klublarının birgə təşkilatçılığı ilə Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Beynəlxalq Uşaq Şahmat Turniri keçirilir.

Turnirin açılış mərasimində çıxış edən “Bloom Group” Marketinq Agentliyinin direktoru Səbinə Pərvizi bu intellektual idman növünün inkişafına töhfə verən belə bir yarışa sponsorluq etməkdən böyük qürur hissi keçirdiklərini bildirib və bütün iştirakçılara uğurlar arzulayıb.

Daha sonra şirkət tərəfindən bütün iştirakçılara yarış boyu lazım ola biləcək vəsaitlər və hədiyyələr təqdim olunub.

“Gənc İstedadlar” Şahmat Klubunda Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qaydaları əsasında 7 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən yarışda 14 yaşadək IV, III və II dərəcəli şahmatçılar iştirak edirlər. Turnir 23 iyun 2023-cü il tarixində başa çatacaq.

Yarışın qalibləri diplom və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, 2019-cu ildən etibarən çoxistiqamətli fəaliyyət göstərən “Bloom Group” üç şirkətdən – “Bloom Events”, “Bloom Advisory” və “Bloom Learning”dən ibarət şirkətlər qrupudur.

 

www.yenicag.az

328
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv