!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda binanın damında ağaclar əkildi - FOTO

!Reklam – Yazi

Bakıda Nəsimi rayonu Həsən Əliyev küçəsi 33 ünvanındakı binasının damında bina sakini tərəfindən maraqlı və qeyri-adi bağça yaradılıb.

Axar.az-ın əməkdaşı binanın damında bağça yaradan Məhərrəmovlar ailəsinin qonağı olub.

60 yaşlı Gülşən Məhərrəmova bildirib ki, həyat yoldaşı ilə birlikdə 13 ildir həmin bağçanın yaradılmasına çalışır:

“Biz naxçıvanlıyıq. Həyat yoldaşım İsmayılla birlikdə 2010-cu ildən bağçanı yaratmağa başlamışıq. Bağçada alyandra bitkisi, dekorativ ağaclar, nərgiz gülü, müxtəlif qızılgül və kaktus kolları var. May ayında bağçamız yamyaşıl, al-əlvan görnüşü, quşların civildəşməsi ilə heyran edir”.

G.Məhərrəmovanın sözlərinə görə, bu ideya insanların marağına səbəb olub:

“Aşağdan baxıb deyirlər ki, bu restorandırmı? Gəlib tanış olandan sonra görürlər ki, bu bizim kiçik bağçamızdır”.

www.yenicag.az

162
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv