!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda binanın lifti qırıldı: Xəsarət alanlar var

!Reklam – Yazi

Bakıda yaşayış binasında lift qırılıb.

Yenicag.az xəbər verir ki, hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb.

TƏBİB-dən bildirilib ki, yanvarın 16-da saat 18:13 radələrində Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında liftdə baş verən qəza səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə 3 təcili yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 2 nəfər böyük (1 kişi cinsli, 1 qadın cinsli olmaqla) və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

www.yenicag.az

250
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv