Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bir evdə 5 nəfərin meyiti TAPILDI - TƏFƏRRÜAT / YENİLƏNDİ

Bu gün Badamdar qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələnən hadisənin ilkin səbəbi müəyyənləşib.

İlkin baxış zamanı ikimərtəbəli evin kombi aparatından xaric olacaq qazın mənzilə dolduğu müəyyənləşib. Belə ki, kombi aparatının bayıra çıxmalı olan və tullantı qazı xaric edən başlığının yerindən çıxdığı və qazı mənzilə doldurduğu müəyyənləşib.
Ad – 00:08
ƏTRAFLI
Optimal Sərfəlidir

Hadisə barəsində isə ilk olaraq ev sahibi Rəşad Əliyev xəbər tutub. Övladlarının zənglərə cavab vermədiyini görən ata təmirdə olan mənzilə gəlib. O, 2 oğlu ilə yanaşı, onların digər 2 dostunun və ustanın cansız bədənini tapıb.

Villada meyitləri tapılan 5 nəfərin cəsədi morqa aparılıb. Olay yerinə vəfat edənlərin çoxsaylı yaxınları gəlib. Meyitlər isə ekspertizadan keçirilməsi üçün morqa göndərilib.

Vəfat edənlərdən Lətif Əliyev Texniki Universitetin tələbəsi, onun kiçik qardaşı Atilla isə 11-ci sinif şagirdi imiş. Atilla Əliyev ABŞ universitetlərindən birinə hazırlaşırmış. Hadisə zamanı ölən digər 2 şəxs isə onların dostu imiş və qonaq gəlibmişlər.

Ölən yaşlı kişi isə villada təmir işləri aparan ustadır. Hazırda təmir işləri getdiyindən uşaqların valideynləri Sulutəpədəki evdə qalırmış.

Qeyd edək ki, vəfat edən Əliyev qardaşları və meyiti tapılan usta əslən Beyləqan rayonundandır. Digər 2 qardaş isə Yasamal rayonunda yaşayıb və əslən Şəmkir rayonundandırlar. Onların cənazələri bu gün ailələrinə təhvil veriləcək.

***

Fevralın 23-də saat 14 radələrində Səbail rayonu ərazisində yerləşən evdə 5 nəfər şəxsin meyitinin aşkar olunması barədə Səbail rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilmişdir.

Yenicag.az xəbər verir ki, Araşdırmalarla müəyyən olunmuşdur ki, 2004-cü il təvəllüdlü Atilla Əliyevin, 2003-cü il təvəllüdlü Lətif Əliyevin, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyevin, 1972-ci il təvəllüdlü Natiq Səfərovun və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyevin meyitləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində aşkar olunmuşdur.

İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş vermişdir.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

Bakıda evdən 5 nəfərin meyiti tapılıb.

Yenicag.az xəbər verir ki, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivi ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Atilla Əliyev, Lətif Əliyev, İnkişaf Allahverdiyev, Şakir Allahverdiyev və Natiq Səfərovun mənzildən meyitləri tapılıb.

Meyiti tapılan şəxslərdən biri ev sahibi, digərləri isə evə gəlmiş qonaqlardır.

İlkin ehtimala görə, onlar dəm qazından boğulublar.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə barədə ilk xəbəri haqqin.az saytı yayıb.

Loading...

www.yenicag.az

290