Bakının mərkəzində bomba həyəcanı yaşanıb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda ictimai-iaşə obyektlərindən birində partlayıcı maddənin olması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunub və əraziyə baxış zamanı heç bir şübhəli əşya aşkar edilməyib.
www.yenicag.az