!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda boşanmaq istəyən qadın qaçırıldı – Atası da kömək edir - VİDEO

!Reklam – Yazi

Bakıda qadının zorla avtomobilə mindirilməsini əks etdirən görüntülər yayılıb.

Yenicag.az “unikal”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib.

Görüntülərdə 3 nəfərin qadını zorla “Opel” markalı avtomobilə mindirdiyi görünür.

Daxili İşlər Nazirliyi Bakıda qadının qaçırılmasına dair görüntülərə münasibət bildirib. Qurumun Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, görüntülər araşdırılıb:

“Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikirindən daşındırmaq üçün rəsmi nikahda olduğu ər, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar. Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib. Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir”.

www.yenicag.az

475
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv