!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda bu binaların söküntüsünə başlanılır

!Reklam – Yazi

Bakı şəhərində bu il ilkin olaraq 65 binanın sökülməsi planlaşdırılıb. Bununla bağlı Nazirlər Kabineti tərəfindən Bakı şəhəri İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlarla birgə işçi qrupu yaradılıb. İlkin mərhələdə söküləcək binaların Binəqədi, Xətai, Nizami, Nəsimi, Sabunçu və Səbail rayonlarında yerləşdiyi bildirilir.

Əmlak eksperti Ramil Qasımzadə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, sökülməsi nəzərdə tutulan binalar Baş Planda qorunan sahəyə düşür və bu sahə təxminən 470 hektarı əhatə edir.

Onun sözlərinə görə, bu ərazidə 5 mərtəbədən hündür binaların tikintisinə icazə verilməyəcək: “Binəqədi, Sabunçu və Nizami rayonunun bir hissəsi xaric olmaqla, digər rayonlarda 12 mərtəbədən yuxarı, çoxmənzilli binaların tikilməsi mümkün deyil. Yalnız həmin ərazilərin planından və torpaq sahəsinin həcmindən asılı olaraq, hündürmərtəbəli bina tikilə bilər. Bu baxımdan sökülən bəzi binaların yerinə 12-16 mərtəbəli bina tikilə bilər. Ümumilikdə, qorunan sahədirsə, 5 mərtəbədən yuxarı binaların tikintisinə icazə verilməyəcək”.

Ekspert qeyd edib ki, Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən torpaq sahəsinə uyğun olaraq tikinti əmsalı əraziyə uyğun olmalıdır. Eyni zamanda binada istirahət yeri və qaraj üçün ayrılan sahə də nəzərə alınmalıdır. Bu baxımdan təxminən 6 min kvadratmetr ərazidə yalnız bir bloklu binanın tikintisinə icazə var.

Qeyd edək ki, Bakıda siyahıya alınan 130 binadan 65-i ilə bağlı sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib. Hazırda komitə digər yerli qurumlarla birgə invertallaşdırma işləri aparır. İnvertallaşdırma işləri başa çatan kimi Nazirlər Kabinetinin verəcəyi qərara uyğun olaraq kompensasiyanın məbləği məlum olacaq.

www.yenicag.az

116
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv