!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda bu marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti dəyişdirilir

!Reklam – Yazi

Bakıda 4, 6, 10, 31, 77, 85, 88 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Belə ki, bu gün saat 23:00-dan iyunun 27-si saat 20:00-dək Bakı şəhəri, Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinə qədər olan hissə) və iyunun 26-sı saat 23:00-dan iyunun 27-si saat 06:00-dək Azadlıq prospektində (Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsindən İzzət Həmidov küçəsinə qədər olan hissə) yolun hərəkət hissəsində təmir-tikinti işləri aparılacaq və yolda hərəkət tam məhdudlaşdırılacaq.

Tətbiq edilən məhdudiyyətə uyğun olaraq sözügedən müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti alternativ küçələrdən təşkil ediləcək.

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv