Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda bu modul xəstəxana bağlandı

Bakıda koronavirus xəstələrinin müalicəsi üçün quraşdırılan modul tipli xəstəxanalardan biri fəaliyyətini dayandırıb.

Yenicag.az xəbər verir ki, Bilgəh qəsəbəsində 28 saylı birləşmiş şəhər xəstəxanasına təhkim olunmuş modul tipli xəstəxanadan koronavirusdan müalicə olunan sonuncu xəstə sağalaraq evə buraxılıb.

Həmçinin xəstəxanada fəaliyyət göstərən həkim heyəti də öz daimi iş yerlərinə geri qayıdıblar.

Qeyd edək ki, paytaxtın Bilgəh qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksi ötən ilin iyun ayında istifadəyə verilib./Medicina/

www.yenicag.az

139
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100