!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın oldu

!Reklam – Yazi

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

“112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.

Əlavə məlumat veriləcək.

www.yenicag.az

249
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv