Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda daha bir marşrut avtobusu kart sisteminə keçdi

İyulun 16-dan Bakıda fəaliyyət göstərən 62 nömrəli marşrut xətti (Sabunçu d/st. – N.Tusi küçəsi) üzrə hərəkət edən avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Xətai rayonu üzrə Neapol 32, N.Tusi küç.137, N.Tusi 294Q, S.Ə.Şirvani küçəsi, Sabunçu rayonu üzrə Əsildar Məmmədəliyev 76, Kişvəri Dilməqani 11, Sabunçu qəsəbəsi – Şəhər şosesi, Nizami rayonu üzrə, Qara Qarayev pr. 102, Əzim Əzimzadə 34/64, Azər Manafov küç, Qara Qarayev 89, Qara Qarayev pr.1 ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

www.yenicag.az

164
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100