!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DYP-dən Bakıda sərnişin avtobusunun yanmasına REAKSİYA – FOTO/VİDEO - YENİLƏNDİ

!Reklam – Yazi

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda sərnişin avtobusunun yanması ilə bağlı məlumat yayıb. 

Qurumdan Yenicag.az-a bildirilib ki, hadisə bu gün saat 13 radələrində paytaxtın Xətai rayonu İnqilab İsmayılov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, “Isuzu” markalı, 99-JU-545 dövlət qeydiyyat nişanlı avtobus mühərrikində baş vermiş qısa qapanma səbəbindən alovlanıb.

Nəticədə ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb.

***

14:12

Bakı şəhərində 46 nömrəli sərnişin avtobusunda yanğın hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Yanğının qarşısını almaq üçün müvafiq tədbirlər görülür.

Aldığımız məlumata görə, yanğın zamanı avtobusun içərisində sərnişin olmayıb. Sərnişinlər vaxtında təxliyə olunublar.
Yanıq xəsarəti ilə bağlı məlumat yoxdur.

Həmin görüntüləri təqdim edirik:

 

 

www.yenicag.az

586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv