!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda DƏHŞƏTLİ ƏMƏL: Hamilə bacısını döydü, bıçaqladı...

!Reklam – Yazi

Bakının Sabunçu rayonunda ailə-məişət zəmnində bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Yefim Saratov küçəsində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Qasımova Yasəmən Muraz qızı qardaşı tərəfindən əvvəlcə döyülüb. Daha sonra o kürək nahiyyəsindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda o, cərrahi əməliyyat edilir.

Qeyd edək ki, Y.Qasımova hamilədir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumatda bildirilib k, Sabunçu rayonunda bacısına bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən 1992-ci təvəllüdlü Yasər Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

www.yenicag.az

367
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv