Məlum hadisə təqribən 3 ay əvvəl paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən apteklərdən birində qeydə alınıb.
Tərəflər arasında mübahisə oranın satıcısı A.K-nın aptekin müdiri Elnur Cabbarovu pişikə oxşatmasından sonra yaranıb. Belə ki, A.K müdirinə “Sən kök pişiyə oxşayırsan” deyib. E.Cabbarov buna çox əsəbiləşib və xanım işçini döyüb. Bütün bunlar aptekin təhlükəsizlik kameralarına düşüb.
A.K hadisə ilə bağlı şikayət edib. Araşdırmalara başlayarkən A.K şikayətini geri götürüb və tərəflər arasında barışıq elan olunub.
Bundan bir müddət sonra aptek müdiri digər xanım əməkdaşını işdən çıxarıb.
İşdən çıxarılan həmin xanım əməkdaş müdirindən qisas almaq üçün həmin görüntüləri yayıb.
Elnur Cabbarov görüntüləri yaydığına görə işdən çıxardığı xanıma zəng edərək onu təhqir edib. Onların arasında mübahisə böyüyüb və həmin xanımın əri Zamin Quliyev Elnur Cabbarovu görüşə çağırıb.
Onlar görüşüblər və aralarında mübahisə düşüb. Hər iki şəxs dalaşıblar və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Elnur Cabbarov və Zamin Quliyev ayrı-ayrılıqda bir-birindən şikayət ediblər.
www.yenicag.az