!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda yaşayış binasındakı yanğın söndürüldü: Bağça uşaqları təxliyə edildilər - YENİLƏNDİ

!Reklam – Yazi

Bakı şəhərinin Nəsimi rayonu, 28 May küçəsindəki yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***

Fövqəladə Hallar Nazirliyi Bakıda mənzillərin birində başlayan yanğınla bağlı açıqlama verib.

FHN-dən Yenicag.az-a verilən məlumatına görə, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, 28 May küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub:

“Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb”.

Qeyd edilib ki, hazırda bəzi tüstülənmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər görülür:

“Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının birinci mərtəbəsində yerləşən uşaq bağçasından 41 uşaq yanğınsöndürənlər tərəfindən təxliyə edilib”.

***

Bakıda, 28 May küçəsindəki yaşayış binasında başlayan yanğın lokallaşdırılıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən isə bildirilib ki, yaşayış binasında baş verən yanğın səbəbindən 28 May küçəsində, eləcə də Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan yolda sıxlıq yaranıb.

Sürücülərdən bu vəziyyəti nəzərə almaları xahiş edilir.

 

***

Bakı şəhərində yaşayış binasında yanğın baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın 28 May küçəsində baş verib.

Belə ki, yaşayış binasındakı mənzillərin birində yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb olunublar.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

 

www.yenicag.az

161
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv