!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda dəmir yolu stansiyasında zəncirvari qəza - FOTO

!Reklam – Yazi

Bu gün saat 10:15 radələrində “Azərbaycan Dəmir Yolları “QSC -yə (ADY) məxsus yük qatarı Əhmədli stansiyasının dalan yolunda manevr edərkən dəmiryol xəttinə yaxın məsafədə qanunsuz park edilmiş 99-FJ-595 dövlət nömrə nişanlı avtomobil qatara ilişib və yaxınlıqda dayanmış digər 7 maşınla toqquşub.

Bu barədə Yenicag.az-a ADY-dən bildirilib.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

“ADY bir daha nəqliyyat vasitələri sürücülərinin diqqətinə çatdırır ki, dəmiryol xətlərinə yaxın parkinq edərkən ən azı 3 metr məsafə saxlanılmalıdır”, – deyə məlumatda qeyd olunub.

  • Bakıda dəmir yolu stansiyasında zəncirvari qəza - FOTO
  • Bakıda dəmir yolu stansiyasında zəncirvari qəza - FOTO

www.yenicag.az

115
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv