!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda Dünya İnsan Resursları Sammiti keçirildi – VİDEO/FOTOLAR

!Reklam – Yazi

Bu gün “Fairmont Baku Hotel”də Deyv Ulrik ilə Dünya İnsan Resursları Sammiti 2024 (WORLD HR SUMMIT 2024 with Dave Ulrich) təşkil olunub.

Yenicag.az xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan İnsan Resursları İnstitutunun rəhbəri Emil Hüseynovun iştirakçıları salamlamasından sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Sammit öz işinə başlayıb.

Sammitdə “NEQSOL Holding Azərbaycan” ofisinin rəhbəri İmran Əhmədzadə, “Forbes”in ən yaxşı 5 təlimçisi siyahısında olan Deyv Ulrik, İnsanların İdarə Olunması üzrə Avropa Assosasiyasının prezidenti Berna Oztinaz, BMT Qlobal Saziş Şəbəkəsinin Gürcüstan üzrə icraçı direktoru Salome Zurabişvili, İnsan Resursları Sertifikasiyası İnstitunun Baş icraçı direktoru Emi Düfreyn və bu sahədə çalışan başqa tanınmış fiqurlar iştirak ediblər.

İki sessiyadan ibarət olan Sammitin birinci hissəsi Deyv Ulrikin moderatorluğu əsasında Berna Oztinaz, “NEQSOL Holding”in İnsan Kapitalı üzrə Baş Direktoru Meric Tunc, “PAŞA Holding MMC”-nin Baş İcraçı Direktorunun müavini/Baş İnsan Resursları İnzibatçısı Ed Bun, AMAZON Yaxın Şərq, Afrika, Sinqapur və Çində İşçilərlə Əlaqələr şöbəsinin rəhbəri Vüqar İbrahimovun iştirakı ilə baş tutub.

“Deloitte Azərbaycan”ın İdarəedici tərəfdaşı moderator Nuran Kərimovun moderatorluğu ilə keçirilən ikinci hissədə isə Emi Düfreyn, “BP Azərbaycan”ın Azərbaycan, Gürcüstan, Türkiyə (AGT) regionu və Rusiyada insanlar və korporativ mədəniyyət üzrə vitse-prezident Elnarə Məmmədova, “Enoktan”ın Baş İcraçı Direktoru Ahmet Hançer, “Linkedin” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə rəhbəri Elena Semenovanın çıxışları dinlənilib.

Sammit çərçivəsində iştirakçılara Azərbaycan milli musiqisi və rəqslərindən ibarət əyləncəli kompozisiya təqdim olunub.

Nəsimi Ələsgərli
Samir Məcidov

www.yenicag.az

357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv