Reklam

Reklam

12d9970683eefc60b2ad47aaba215b80Bakıda piyadanın vurulması ilə nəticələnən qəza baş verib.

Hadisə Şıxəli Qurbanov küçəsində, Xarici İşlər Nazirliyinin qarşısında qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Veysəlov Kərəm Nazim oğlu əlil arabasında yolu keçməyək istəyən zamanı onu Rauf Tağıyevin idarə etdiyi “Nissan” markalı maşın vurub. Qəza zamanı ağır bədən xəsarətləri alan piyada çağırılan təcili yardım maşını ilə 1 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hadisəni törədən sürücü əraziyə gələn polislər tərəfindən saxlanılıb.

Sürücü ifadəsinin alınması üçün polis idarəsinə, avtomobili isə evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.

Qeyd edək ki, hadisə yeraltı piyada keçidinin 20 metr yaxınlığında qeydə alınıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.(APA)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 247
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."