Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda əməliyyat: 6 nəfər həbs edildi

Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zığ qəsəbə sakini N.Yolçuyevin “Mercedes” markalı avtomobilindən 3500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Timur Sinjapov saxlanılıb.

Daha bir oğurluq hadisəsi Nəsimi rayonunda baş verib.

19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 24-nə keçən gecə Bakı şəhər sakini R.Kərimovun “Chevrolet” markalı avtomobilindən 27 manat pul, 2 ədəd mobil telefon, sənədlər və bankomat kartlarını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Elxan İsayev saxlanılıb.

Bundan başqa, Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-də rayon ərazisindəki evlərin birindən televizor, soyuducu və masa oğurlamaqda şübhəli bilinən Şüvəlan qəsəbə sakini Orxan Məmmədov həbs edilib.

Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 17-dən 22-dək olan müddətdə rayon ərazisindəki bir mağazadan, bir kompyuter oyunları salonundan və bir evdən tütün məmulatı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elvin Kərimov saxlanılıb.

Daha bir əməliyyat Binəqədi rayonunda keçirilib. 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 22-də rayon ərazisindəki zavodlardan birinin ərazisindən 4 ədəd termoplast, 1 ədəd patronlu torna, 1 ədəd müstəvi pardaxlama, 1 ədəd torna və 1 ədəd yivaçan torna aparatlarını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri Ümid Səfərov və Orxan Babayev tutulublar.

Bütün faktlarla bağlı cinayət işi başlanıb./Teleqraf/

www.yenicag.az

2421
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS