!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda ən güclü geomaqnit qasırğası başlayır

!Reklam – Yazi

Bu gündən etibarən paytaxt Bakıda şiddətli geomaqnit qasırğası müşahidə olunacaq. Qasırğanın şiddəti zaman-zaman ekstremal dərəcədə şiddətlənəcək.

Yenicag.az xəbər veir ki, zəif səviyyəli qasırğa bu gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayacaq, günorta saat 15:00-18:00 aralıqlarında nisbətən güclənərək yerini orta geomaqnit qasırğasına verəcək.

Axşam saat 21:00-dan isə müşahidə ediləcək qasırğasnın təsiri daha da artacaq və şiddətli geomaqnit qasırğasına çevriləcək.

Mayın 10-dan 11-nə keçən gecə geomaqnit qasırğası şiddətlənərək ən yüksək həddə çatacaq – 8. Belə geomaqnit dalğalarına ekstremal fırtına deyilir ki, bu da ən güclü hesab olunur. Qasırğa tədricən zəifləsə də, səhər saat 6-da özünün orta həddinə çatacaq. Günorta 12-dən sonra bir qədər də azalan maqnit dalğaları axşama doğru kiçik pozuntular olaraq qalacaq.

Geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər. Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.

www.yenicag.az

135
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv