!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda evdən 200 min manata yaxın oğurluq edənlər tutuldu - VİDEO

!Reklam – Yazi

Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində bir müddət əvvəl Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən evlərdən birində baş verən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Yenicag.az xəbər verir ki, əməliyyat nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Üzeyir Bayramov, Niyazi Məmmədov və Namik Bayramov tutularaq istintaqa təqdim ediliblər. Həmin şəxslər hadisə zamanı oğurluq etdikləri evdən 110.000 dollar, 1000 avro pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Araşdırmalar zamanı müəyyən edilib ki, qeyd edilən evdən oğurluq etmək təklifi əvvəlcə Üzeyir Bayramovdan gəlib. Onlar hadisə günü Niyazi Məmmədovun avtomobili ilə oğurluq edəcəkləri evə yollanıblar. Hadisədən sonra isə əldə etdikləri ev sahibinə məxsus pul vəsaitlərini aralarında bölüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və “102” Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər.

www.yenicag.az

268
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv