!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda evdən 32 min manatlıq oğurluq oldu

!Reklam – Yazi

Bakıda evdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, aprelin 7-də Binə qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və evin həyətindəki saxlanc yerindən dəyəri 32 min manatdan çox olan məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.

Keçirilən əməliyyat tədbirləri ilə oğurluq əməlində şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Elmin Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

www.yenicag.az

214
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv