Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda itkin düşən gəncdən XƏBƏR VAR - FOTO

Bakıda itkin düşən 16 yaşlı oğlan tapılıb.

DiN mətbuat xidmətindən verilən məlumata görə, itkin düşən azyaşlı tapılaraq ailəsinə təhvil verilib.

***

İtkin düşən gənc oğlan axtarılır.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan 2005-ci il təvəllüdlü Elcan Dəmirov 2021-ci ilin fevralın 8-də diş həkiminə getmək adı ilə evdən çıxaraq geri qayıtmayıb.

Evdən çıxarkən əynində tünd qırmızı rəngli gödəkçə, qara cins şalvar, qara idman ayaqqabısı və qırmızı rəngli köynək olub. Boyu təxminən 160-165 sm, sol qolunun aşağı hissəsində xüsusi əlamət sayılan 4-5 sm-lik kəsilmiş yara-çapıq izi var.

“Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin Sabunçu Rayon Polis İdarəsinə (012) 425-02-02 şəhər və (055) 410-00-40 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, – Mətbuat xidmətindən bildirilib.

Loading...

www.yenicag.az

138