!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda “Google Maps” xəritəsinə qadağa: "Bunun ictimai nəqliyyat sistemində tətbiqi elə də ciddi problemlər yaratmır"

!Reklam – Yazi

“Transit for Baku” layihəsinin açıqlamasına görə, Bakıda “Google Maps” xəritəsində ictimai nəqliyyat marşrutları görünməyəcək. Buna səbəb kimi Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimai nəqliyyatda dəyişikliklər barədə məlumatlandırmada çox gecikdiyi, bəzən məlumatlarda ərazidə aşkar olunan səhvlər olduğu və ya məlumatlandırmanın reallığa uyğun olmadığı, məlumatlandırmanın dəyişiklik baş verəndən sonra yerinə yetirildiyi, bəzən isə rəsmi məlumatlandırmanın, ümumiyyətlə, olmadığı göstərilir.

Mövzu ilə bağlı nəqliyyat eksperti İlqar Hüseynli Yenicag.az-a açıqlamasında bildirib ki, sözügedən tətbiq vətəndaşlar üçün bir sıra üstünlüklərə sahibdir və bu fonda məhdudiyyət qoyulması arzuolunan deyil:

“Ümumilikdə, “Google Maps” xəritəsinin Bakının ictimai nəqliyyat sistemində tətbiqi elə də ciddi problemlər yaratmır. Yəni ictimai nəqliyyatdan intensiv olaraq istifadə edən insanlar üçün bu xəritənin hansısa çətinlik yaşatması müşahidə olunmayıb. Çünki ictimai nəqliyyatın tətbiqi konkret marşrutlar üzrə həyata keçirilir. Əhalinin böyük əksəriyyəti bu marşrutlardan gündəlik istifadə etdiyinə görə müəyyən bilgilərə malikdirlər. “Google Maps” xəritəsinin bir sıra üstünlükləri var. Marşrut planlayıcısı A nöqtəsindən B nöqtəsinə getmək istəyən sürücülər və piyadalar üçün marşrutların yaradılmasını təklif edir. Eyni zamanda, böyük şəhərlərdə mövcud tıxacları göstərir. Yaşıldan qırmızıya rəng qradasiyası göstərilən tıxaclarda nəqliyyatın sürətini göstərir. Bununla yanaşı, ictimai nəqliyyatın sxemlərini lazımi yerdə nümayiş etdirməyə imkan verir.

Əslində, ictimai nəqliyyat marşrutlarının sözügedən tətbiqdə qalması praktik baxımdan vətəndaşları problemlə üz-üzə qoymur. Ona görə də vətəndaşlar mövcud problemləri artıq bilir. Bakı Nəqliyyat Agentliyinin (BNA) bu sistemdən istifadəsi problemləri müəyyən mənada həll edə bilər. Bakı Şəhər İcra Hakimiyyəti məlum tətbiqin məhdudiyyəti ilə bağlı ehtimalı araşdıracağını bildirib. Araşdırmanın nəticəsinə uyğun müvafiq addımlar atılacaq”.

Gülşən Şərif

www.yenicag.az

989
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv