!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda gözlənilən hava şəraiti açıqlandı

!Reklam – Yazi

Aprelin 30-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, saat 09:00-dan 12:00-dək hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər tezdən gözlənilən duman tədricən seyrələcək. Cənub küləyi əsəcək, sürəti saniyədə 5-10 metr təşkil edəcək. Havanın temperaturu 19-24° isti olacaq.

Saat 12:00-dan 15:00-dək hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, sürəti 5-10 metr/saniyə təşkil edəcək. Havanın temperaturunun 25-29° isti olacağı proqnozlaşdırılır.

Saat 15:00-dan 18:00-dək hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, saat 18 radələrində arabir tutulacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, 7-12 metr/saniyə təşkil edəcək, saat 18 radələrində şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 8-13 olacaq, arabir 15 metrə çatacaq. Havanın temperaturu 29°-dək isti, saat 18 radələrində 22°-yə yaxın olacağı bildirilir.

Saat 18:00-dan 21:00-dək hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 9-14 metr olacaq, saat 20:00-21:00 arasında arabir 16-18 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun 17-20° isti olacağı ehtimal edilir.

Saat 21:00-dan 00:00-dək hava şəraitinin buludlu olacağı gözlənilir. Saat 23:00-00:00 arasında yağışın başlanması ehtimalı var. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 10-15 metr olacaq, arabir 18-20 metrədək güclənəcək. Havanın temperaturu 15-17° isti olacaq.

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv