Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda güclü zəlzələ olub? - RƏSMİ AÇIQLAMA

Bu gün paytaxt Bakıda zəlzələ olması ilə bağlı sosial şəbəkədə məlumat yayılıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı Yenicag.az-a açıqlamasında hər gün yer qatında zəif təkanların olduğunu bildirib.

V.Rafiqqızı bu gün insanları təşvişə salacaq qədər hiss olunan zəlzələnin baş vermədiyini deyib:

“Stansiyalarımız hər gün yer qatında olan təkanları qeydə alır. Hiss olunan və hiss olunmayan təkanlar var. Amma insanları qorxuya salacaq qədər hiss olunan zəlzələ olmayıb.

Onu da qeyd edim ki, heç kim də proqnoz verə bilməz ki, nə vaxt zəlzələ baş verəcək”.

Cəvahir

www.yenicag.az

1720