Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda hərbçiyə qarşı hörmətsizlik edən şəxslə bağlı QƏRAR - Həbs edildi

Qaradağ rayonu, Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyevlə bağlı qərar verilib.

Yenicag.az-ın xəbərinə görə, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə o, 30 sutka inzibati qaydada həbs edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan Orucəli Zərbəliyev ötən gün polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

www.yenicag.az

505