!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda I sinfə qəbulla bağlı SON VƏZİYYƏT

!Reklam – Yazi

Paytaxt məktəblərinin birinci sinfinə 43 mindən artıq uşaq üçün elektron sistem (http://www.mektebeqebul.edu.az) vasitəsilə müraciət edilib.

Yenicag.az xəbər verir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 Alternativ qeydiyyat mərkəzi (https://baku.edu.gov.az/az/page/276) fəaliyyət göstərir.

Qeyd edək ki, I sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az/) tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

www.yenicag.az

401
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv