!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda iki piyadanı maşınla vurub qaçdılar

!Reklam – Yazi

Bakıda piyadaları avtomobillə vuraraq öldürən sürücülər hadisə yerindən qaçıb.

Yenicag.az xəbər verir ki, hadisələr aprelin 2-nə keçən gecə qeydə alınıb.

Saat 23:30 radələrində naməlum sürücü idarə etdiyi dövlət qeydiyyat nömrəsi bəlli olmayan “Reno” markalı avtomobillə Bakıxanov qəsəbəsi ərazisində hərəkətdə olarkən piyada, 1959-cu il təvəllüdlü Məlikova Simuzər Nurməmməd qızını vuraraq hadisə yerindən qaçıb. Piyada S.Məlikova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin 1997-ci il təvəllüdlü Əhmədov İsmət Habil oğlu olduğu müəyyən edilib.

Digər hadisə isə saat 22:30 radələrində Sabunçu qəsəbəsində baş verib. Naməlum sürücü idarə etdiyi avtomobillə 1956-cı il təvəllüdlü İsmayılov Elyaz Həsən oğlunu vuraraq hadisə yerindən qaçıb. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanılıb.

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv