!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda ingilisdilli orta məktəb açıla bilər? - AÇIQLAMA

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Naxçıvanda ingilisdilli orta məktəb yaradılır.

Sözügedən təhsil ocağı dövlət proqramı əsasında qurulacaq. Amma Bakıda isə ingilisdilli məktəb yoxdur. İngilis sektor olan məktəblər isə hamısı özəldir və kifayət qədər yüksək təhsil haqqı tələb edir.

Bəs paytaxtımızda niyə belə bir addım atılmır? Bakıda da ingilisdilli məktəb açılması ehtimal olunur?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov bildirib ki, elə bir məktəbin yaradılması mühüm addımdır:

“İngilis dili beynəlxalq dildir. Bu gün biz də nəzərə alsaq ki, diplomatlarımız var, ingilis dilində yazışmalar aparırıq, Bakıda da xaricidilli məktəbin yaradılması diqqətə alınmalıdır. Düzdür, o tip məktəblər var. Amma təhsil haqqı həddindən artıq yüksəkdir. Hər kəsdə o imkan yoxdur. Ona görə də düşünürəm ki, gələcəkdə dövlətin dəstəyi ilə bizdə də belə məktəb açıla bilər. Elm və Təhsil Nazirliyi bu məsələyə baxmalıdır”.

Şahanə Paşa

www.yenicag.az

367
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv