!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirlik: "Taxta bazarında açıq alov mənbələri söndürüldü" - YENİLƏNDİ/CANLI YAYIM/FOTO

!Reklam – Yazi

Ziya Bünyadov prospektində fəaliyyət göstərən inşaat materialları bazarında baş vermiş yanğın ərazisində bütün açıq alov mənbələri söndürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Hazırda bəzi tüstülənmə mənbələrinin tam söndürülməsi və soyutma işləri davam etdirilir.

***

11:36

Dərnəgül bazarındakı tikinti materialları bazarında baş verən yanğın zamanı poladəritmə zavodunu elektrik enerjisi ilə təmin edən ikidövrəli 110 kV-luq yüksəkgərginlikli elektrik xətti əyilib.

Yenicag.az xəbər verir ki, ilkin məlumata görə, sözügedən xəttin altında mühafizə zolağı gözlənilməyib. Yanğın məhz xəttin altında olduğundan dayaq əriyərək deformasiyaya uğrayıb.

Hadisə ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxladıq. Qurumun Mətbuat Xidmətinin rəisi Vaqif Aydınoğlu Oxu.Az-a bildirib ki, hadisədən məlumatlıdırlar:

“Sözügedən 110 kV-luq dirəyin deformasiyaya uğraması səbəbindən təhlükəsizlik məqsədilə elektrik enerjisinin verilişi tam dayandırılıb”.

 

***

10:38

İnşaat materialları bazarında baş vermiş yanğınla bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi (FHN) birgə məlumat yayıb.

Qeyd edilib ki, noyabrın 23-də paytaxtın Nərimanov rayonu, Dərnəgül şosesində yerləşən, Bakı şəhəri Ticarət və xidmət departamentinin Yeraltı keçidlər üzrə ticarət birliyinin mülkiyyətində olmaqla icarəyə verilmiş ticarət mərkəzinin (“Dərnəgül taxta bazarı”) ərazisində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektlərinin içərisindəki müxtəlif çeşidli (taxta-şalban və s.) mallar yanğının təsirinə məruz qalıb.

Bundan başqa, hadisə zamanı 1962-ci il təvəllüdlü sahibkar Razi Qasımovun vəfat etməsi müəyyən olunub.

Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fakta görə FHN-in Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb.

Yanğının səbəbini və dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iş üzrə məhkəmə yanğın-texniki və əmtəəşünaslıq ekspertizaları, həmçinin, Razi Qasımovun ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertiza təyin edilib.

Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcək.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

10:11

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın məhdudlaşdırılıb.

FHN Mətbuat xidmətindən verilən xəbərə görə, yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

09:43

Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd edilib ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.

09:29

Bu gün saat 05:55-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın nəticəsində bir nəfərin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb, bir nəfərə (cinsi kişi) isə stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.

09:17

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev yanğın baş verən əraziyə gəlib.

“Report” xəbər verir ki, hadisə yerində icra başçısı ilə yanaşı, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri də var.

 

www.yenicag.az

314
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv