!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda insanı göydən yerə çırpan “Vətənə qayıdış” MƏNZƏRƏSİ – Aqil Bəkir yazır

!Reklam – Yazi

Türkiyədən dönərkən “Türk Hava Yolları”nın (THY) təyyarəsindən enib Heydər Əliyev adına Beynəlxalq Hava Limanına ayaq basdığım andan etibarən Azərbaycana gəldiyimi sözün pis mənasında anladım.

Bu gəlişin sədası hələ biz təyyarədəykən başlamışdı. Əlimizə kağız tutuzdurub 14 gün evdən çıxmayacağımıza dair iltizam imzalatdıran TƏBİB, deyəsən, uçuşların PCR testi olmadan həyata keçə bilməyəcəyini ya eşitməyib, bilmir, ya da özünü anlamazlığa qoyur.

14 gün evdən çıxmayacaqmışam! Pah!

İnsanların üzündəki narazılıq ifadəsinin açıq-aydın oxunduğu təyyarədən enib hava limanına daxil olan kimi qarşımıza düzülmüş 3 şəxs (kişi), “Təyyarədə imzaladığınız sənədi göstərin”, – deyə amiranə səs tonu ilə salamsız-sabahsız qulağımızın pasını “təmizlədi”.

Elə bil mənim və ya bir başqasının buna (insanlara “bu” deyə xitab edilməsini etik saymasam da, o şəxsə bundan artıq hörmət göstərə bilməyəcəm) borcu var, ya da bizi özündən aşağı görür.

Səbrimi basıb bir şey deməsəm də (ki hansısa özünübilməz əbləhə sərf edəcək zamanım yoxdu), yazmışdım bir kənara. Elə o kənara yazdıqlarımdır ki, bu gün sizlə bölüşürəm.

Bitdimi? – Bitmədi. Yüklərimizi təhvil aldıqdan sonra yenidən yoxlamadan keçərək hava limanını tərk etmə kimi heç bir məntiqə sığmayan qayda tətbiq edildiyi üçün bir daha soyunmalı olduq.

Məndən irəlidə addımlayan jurnalist həmkarımın qolunda qolbağı vardı. Yoxlamadan keçdikdən sonra qolbağının olduğunu görən əməkdaş, “Dayan görüm, qolundakı qızıldır? Ver, ver, ver, görüm. Aakiff, al, yoxla bunu”, – deyə dədə malı kimi götürdüyü əşyanı ötürdü arxaya. Yaxşı ki, qolbağı qızıl deyildi.

Burada bir az haşiyəyə çıxmaq yerinə düşər. Mərhum prezident Heydər Əliyevin o vaxt Dövlət Gömrük Komitəsinin sədri olan Kəmaləddin Heydərovu danladığı video, yəqin, xatirinizdədir.

O toplantıdakı dialoqu xatırlayaq:

Heydər Əliyev: Siz başqa aeroportlara gedəndə orada yoxlayırlar, ki sənin qızıl saatın var, ya yox?

K.H: Xeyr, cənab prezident.

H.Ə: Bəs burada niyə yoxlayırlar? Məncə, hər şey aydındır.

Bundan o tərəfə nə deyə bilərik ki?

Nəhayət, hava limanından çıxdıq və yenə polislərin səs-küyü ilə qarşılaşdıq. Qışqırtını yarıb onlayn şəkildə çağırdığımız taksini gözləyərkən hava limanı ətrafındakı taksi sürücüləri qarğa görmüş quzğun kimi üstümüzə tökülüşdülər.

Biri, “Taksi sifariş verməyin, o qiymətə aparaq”, – dedi. Digəri çağırdığımız taksiyə nə qədər verəcəyimiz soruşdu. “7,13”, – dedim. Cavabı nə olsa yaxşıdır? – 10 manat verin, aparım. Deyəsən, kənardan həriflənəcək adam təsiri bağışlamışdım bu sürücülərə…

Taksidə olarkən bütün bunları düşündüm. Bizə bizdən başqa düşmən lazım deyilmiş.

Necə deyərlər,

Durur bila-hərəkət,
Rəvamı bir diriyə?
Nə getmədə iləri,
Nə dönmədə geriyə.

www.yenicag.az

3813
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv