!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda İYRƏNC HADİSƏ: Antisanitar vəziyyətdə çörək bişirilir- FOTO

!Reklam – Yazi

Bakı şəhəri, Səbail rayonu, Ə.Gülbalayev küçəsi 9 ünvanında fəaliyyət göstərən “Təndirçi” qida obyektində antisanitar vəziyyətin olması ilə bağlı vətəndaş Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib.

Yenicag.az xəbər verir ki, qurumdan verilən məlumata görə, agentlik əməkdaşları fiziki şəxs Hüseynova Mahirə Əhəd qızına məxsus qida obyektində plandankənar yoxlama keçiriblər.

Bildirilib ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, obyektdə xammal və inqrediyentlərin xarabolma və çirklənmədən mühafizə ediləcək tərzdə və şəraitdə saxlanılmadığı, qida ilə təmasda olan səthlərin təmirsiz olduğu, sanitar qovşağın emal sahəsində yerləşdiyi, tullantıların ağzı kip zibil qutularında saxlanılmadığı, mexaniki havalandırma sisteminin qurulmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinələrdən keçmədikləri və dolablar, sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə otaqları ilə təmin edilmədiyi, müvafiq təmizlik işlərinin həyata keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, qanunvericiliyə uyğun tədbir görülüb.

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv