!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda “Jurnalistlər üçün təhlükəsizilik təlimi” keçirildi - FOTOLAR

!Reklam – Yazi

Avropa Jurnalistlər Federasiyası (EFJ) və onun Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təşkilatçılığı ilə Bakıda “Jurnalistlər üçün təhlükəsizilik təlimi” keçirilib.

JuHİ-dən Yenicag.az-a daxil olan məlumata əsasən, üç gün davam edən tədbirlər Mətbuat Şurasının konfrans zalında baş tutub.

Təlimlərə 15 nəfər jurnalist qatılıb. İştirakçılardan 7 nəfəri ümumölkə yayımlı KİV subyektlərinin Qarabağ region üzrə akkreditasiya edilmiş əməkdaşları olub. Təlimlər EFJ-nin dəvəti ilə beynəlxalq eksper David Bevan tərəfindən idarə edilib.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, noyabrın 18-21-də keçirilən təliminin məqsədi ekstremal vəziyyətlərdə fəaliyyət göstərən Azərbaycan jurnalistlərini təhlükəsizlik qaydaları ilə tanış etmək olub:

“Təlimlər zamanı Azərbaycan jurnalistlərinə riskli bölgələrdə davranış qaydaları, təhlükəsizliyin təmin edilməsi üçün istifadə edilən modern texnologiyalar barədə bilgilər verildi.

Müharibə bölgələrində fəaliyyət göstərən jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi yönündə təqdimatlar xüsusilə maraq doğurdu. İştirakçılara hava hücumları zamanı öz təhlükəsizliyini qoruya bilmək bacarıqları aşılandı. Jurnalist təhlükəsizliyinin digər istiqamətləri barədə də təqdimatlar edildi”.

Müşfiq Ələsgərli əlavə edib ki, jurnalist təhlükəsizliyi ilə bağlı təlimlərin davamlı təşkilinə ciddi zərurət var:

“Yaşadığımız regionda münaqişələr mövcuddur. Qarabağ münaqişəsi fonunda 1990-cı ildən başlayaraq 2021-ci ilə qədər olan müddətdə 11 Azərbaycan jurnalisti və KİV əməkdaşı cəbhə bölgəsində həyatını itirib. Onlarla jurnalistimiz müxtəlif dərəcəli fiziki xəsarətlər alıb, sağlamlıqlarına ciddi zərər dəyib.

Bizim yanaşmamızdan asılı olmayaraq, hər zaman münaqişəyə cəlb olunmaq ehtimalı hələ də qalır. Jurnalistlərimizin təhlükəsizlik qaydaları ilə tanış olmaları risklərdən yayınmaq üçün şərait yaradır. Bu baxımdan, tədbirlərimiz davam edəcək”.

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv