Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda karantini pozan kafelər cərimələndi - FOTO

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar fəaliyyət göstərən, sosial məsafə və mövcud preventiv tədbirlərin şərtlərini pozan kafelər aşkarlanıb.

Oxu.Az-ın xəbərinə görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsi (PB), Post Patrul Xidməti və 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ayrı-ayrılıqda Yuxarı Sulutəpə qəsəbəsində yerləşən “Faxralı”, Biləcəri qəsəbəsinin Natəvan küçəsində fəaliyyət göstərən “Şuşa” kafelərinin sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə yeddi nəfər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, “Şuşa” kafesinin icarədarı 1 500 manat, digərləri 100 manat cərimə olunublar.

www.yenicag.az

390
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100