Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda keçiddə gecələyən qadınla bağlı AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi Dənizkənarı Milli Parkda- Qız Qalası yaxınlığında gecələyən qadınla bağlı açıqlama verib.

Yenicag.az-ın məlumatına görə, Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov deyib ki, sosial şəbəkələrdə Dənizkənarı Milli Park, Qız Qalası yaxınlığında bir qadının küçədə, keçiddə gecələməli olduğu, çətin həyat şəraiti ilə üzləşdiyi qeyd olunurdu:

“Məlumatı əldə etdiyimiz andan etibarən Sosial Xidmətlər Agentliyinin nümayəndələri qadının qaldığı əraziyə yollandılar. Təəssüf ki, ilkin cəhddə onu paylaşımlarda qeyd edilən yerdə tapmaq mümkün olmadı. Ardından Daxili İşlər Nazirliyi əməkdaşlarının səyi nəticəsində qadın tapıldı. Sosial Xidmətlər Agentliyi əməkdaşlarının da iştirakı ilə aidiyyatı səhiyyə qurumuna müraciət edilməklə lazımi müalicə müəssisəsinə göndərildi.

Müalicədən sonra qadının vəziyyəti dəyərləndirilərək özünün razılığı olarsa Agentliyin aidiyyatı müəssisəsinə yerləşməsi təmin olunacaq. Proses barədə narahat olan və xəbər verən hər kəsə təşəkkür edirik! Məsələyə operativ müdaxilə edən DİN əməkdaşlarına minnətdarlığımızı bildiririk!”

Loading...

www.yenicag.az

147
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100