!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda keçmiş məhkum avtobusu dirəyə çırpdı - Ölən və yaralanan var

!Reklam – Yazi

Bakıda yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, iyunun 9-da saat 7 radələrində Xəzər rayonu ərazisində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Yelmar Atakişiyev idarə etdiyi “Daewoo” markalı xətt avtobusunu yolun kənarındakı müşahidə kamerası quraşdırılmış dirəyə, sonradan isə səkidə dayanmış Bakı şəhər sakini Mansur Namazovu vurub.

Nəticədə M.Namazov və Y.Atakişiyevin sərnişini, paytaxt sakini Soltan Zərbəlizadə xəstəxanaya yerləşdiriliblər. M.Namazov orada ölüb.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

www.yenicag.az

3610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv