!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda kirayə götürdüyü “Range Rover”lə özünü işə saldı - VİDEO

!Reklam – Yazi

Bakıda “Range Rover” markalı avtomobilin sürücüsü yol-hərəkət qaydalarını kobud şəkildə pozub.

Yenicag.az xəbər verir ki, 99-XU-095 dövlət qeydiyyat nişanlı, ağ rəngli “Range Rover” markalı avtomobil əks istiqamətdə hərəkət edərək toy karvanının qarşısını kəsib. Daha sonra sürücü avtomobili yolun ortasında saxlayaraq maşından düşüb.

Avtosfer.az-ın məlumatna görə, görüntüləri izləyən Nərimanov rayon DYP Şöbəsinin əməkdaşları dərhal sürücünü aşkar ediblər. Qayda pozan sürücü 1992-ci il təvəllüdlü Məmmədov Orxan Əmrah oğludur. İnzibati araşdırma zamanı məlum olub ki, o, 99-XU-095 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobili kirayə götürərək idarə edib. O, dostunun toy karvanında hərəkət edən zaman qarşı yola çıxıb və bəy-gəlin maşınının qarşısını kəsərək 50 manat “şirinlik” alıb.

Sürücü törətdiyi xətaya görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat məbləğində cərimələnib. O, törətdiyi əmələ görə peşman olduğunu və gələcəkdə belə hərəkət etməyəcəyəni bildirib.

Həmin anın videosunu təqdim edirik:

www.yenicag.az

2641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv