Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bakıda kütləvi dava - 1 nəfər bıçaqlandı

Bakının Xətai rayonunda gənclər arasında kütləvi dava olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, insident NZS qəsəbəsi, Nobel prospektində baş verib.

Gənclərin əlbəyaxa davası 1993-cü il təvəllüdlü Əliyev Sənan Səfər oğlunun bıçaqlanması ilə bitib. O, ətrafdakıların köməyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat edilib. Müəyyən edilib ki, bıçaq xəsarətləri S.Əliyevə döş qəfəsindən və qarnından yetirilib. Xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub.

Bıçaqlanma ilə bağlı Xətai polisinə məlumat verilib. Hadisənin iştirakçısı olan bir neçə nəfərin polis tərəfindən saxlanıldığı bildirilir.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

1223
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM