Bakıda kütləvi dava bıçaqlanma ilə nəticələnib
Binəqədi rayonunda kütləvi dava bıçaqlanma ilə nəticələnib.
Yeniçağ.Az-ın məlumatına görə, hadisə Azadlıq prospektində baş verib. Hadisədən bir gün əvvəl 38 yaşlı Namiq Novruzov və 34 yaşlı Anar Məlikdadaşovun tanışları ilə mübahisəsi düşüb. İki gün davam edən mübahisədən sonra qarşı tərəf Namiq Novruzov və Anar Məlikdadaşovu Azadlıq prospektində söhbətə çağrıblar. Söhbətə Namiq, Anar və iki dostu gedib. Qarşı tərəfdən isə 5 nəfər gəlib. Mübahisə xoşluqla həll olunmayanda qarşı tərəfdən söhbətə gələnlərdən biri bıçaqla Namiq Novruzov və Anar Məlikdadaşova bıçaq zərbələr endirib. Daha sonra hadisə yerini tərk ediblər.
YaralIlar dostlarının çağırdığı təcili tibbi yardımla xəstəxanaya çatdırılıblar. əməliyyat olunan yaralıların həyat təhlükəsi aradan qaldırılıb. Binəqədi rayonu Polis idarəsinin 5-ci polis bölməsi əməkdaşlarının isti izlərdən keçirdiyi əməliyyat nəticəsində hadisəi törədən şəxslər saxlanılıb.
Faktla əlaqədar Cinayət işi başlanıb. Araşdırmalar aparılır.
Yeniçağ.Az