!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda kütləvi dava bıçaqlanma ilə nəticələnib

!Reklam – Yazi

Binəqədi rayonunda kütləvi dava bıçaqlanma ilə nəticələnib.

Yeniçağ.Az-ın məlumatına görə, hadisə Azadlıq prospektində baş verib. Hadisədən bir gün əvvəl 38 yaşlı Namiq Novruzov və 34 yaşlı Anar Məlikdadaşovun tanışları ilə mübahisəsi düşüb. İki gün davam edən mübahisədən sonra qarşı tərəf Namiq Novruzov və Anar Məlikdadaşovu Azadlıq prospektində söhbətə çağrıblar. Söhbətə Namiq, Anar  və iki dostu gedib. Qarşı tərəfdən isə 5 nəfər gəlib. Mübahisə xoşluqla həll olunmayanda qarşı tərəfdən söhbətə gələnlərdən biri bıçaqla Namiq Novruzov və Anar Məlikdadaşova bıçaq zərbələr endirib. Daha sonra hadisə yerini tərk ediblər.

YaralIlar dostlarının çağırdığı təcili tibbi yardımla xəstəxanaya çatdırılıblar. əməliyyat olunan yaralıların həyat təhlükəsi aradan qaldırılıb. Binəqədi rayonu Polis idarəsinin 5-ci polis bölməsi əməkdaşlarının isti izlərdən keçirdiyi əməliyyat nəticəsində hadisəi törədən şəxslər saxlanılıb.

Faktla əlaqədar Cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Yeniçağ.Az

www.yenicag.az

737
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv